Yol polisləri pulu olmayan xarici vətəndaşa benzin aldı, üstəlik pul da verdi

  • 16.02.2020
  • 0

Fevral ayının 16-da Gürcüstanda qeydiyyatda olan HH 823-CC DNN-lı Nissan avtomobilini idarə edən  Moldaviya vətəndaşı, Azərbaycandan Gürcüstan istiqamətinə hərəkətdə olarkən Nəvahi postunun ərazisində benzini bitib.Yanacağı bitmiş və üzərində milli pulu olmayan şəxsin köməkliyinə yaxınlıqda xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidməti Alayının 7-ci tağımın əməkdaşları polis baş-serjantı  Babyev Anar Nuhbala oğlu və İbrahimov Rüfət Əlisoltan oğlu yetişib. Ölkəmizdə qonaq olan şəxsi dinlədikdən sonra dərhal xidməti avtomobili ilə yaxınlıqdakı yanacaqdoldurma məntəqəsindən benzin alaraq sürücüyə çatdırıb. Bununla kifayətlənməyən əməkdaşlar, ölkəmizdə qonaq olan turistin  üzərində milli pulu olmamasını nəzərə alaraq, onu müəyyən qədər Azərbaycan manatı ilə də təmin edikdən sonra yola salıblar.

Nə düşünürsən?