Azərbaycana gələn legioneri ağlatdılar

  • 14.02.2020
  • 0

Sportinfo.az xəbər verir ki, «Səbail»lə 4 aylıq müqavilə bağlayan Lema Mabidi sürprizlə qarşılaşıb.

Bu hadisə isə Azərbaycana gələn ərəfədə baş verib.

Son olaraq "Raca Kasablanka"da çıxış edən yarımmüdafiəçi Mərakeşdən alqışlarla yola salınıb. Konqo Demokratik Respublikası yığmasının üzvünün klubdan ayrılması öyrənən minlərlə azarkeş stadiona axışaraq, onu uğurlayıb.

Bu zaman göz yaşlarını saxlaya bilməyən afrikalı futbolçu tərəfdarlarla səmimi şəkildə vidalaşıb.

Nə düşünürsən?