5 ölkənin imtina etdiyi gəmiyə Kamboca icazə verdi - 2200 sərnişin...

  • 14.02.2020
  • 0

Kamboca hökuməti koronavirus şübhəsiylə nəzarətə götürülən nəhəng gəminin ölkə sahillərinə yaxınlaşmasına icazə verib.

Göyərtəsində 2200 sərnişinin olduğu nəqliyyat vasitəsi bu gün Kambocanın Otonom limanına yaxınlaşıb. Hələlik heç bir sərnişində virusa rast gəlinməyib. Hollandiya şirkətinə məxsus gəmi 10 gün nəzarətdə saxlanılacaq.

Qeyd edək ki, Tailand, Tayvan, Quam, Filippin və Yaponiya gəmini qəbul etməkdən imtina etmişdi./publika.az

Nə düşünürsən?