21 yaşlı gənc qətlə yetirildi

  • 11.02.2020
  • 0

Goranboyda 21 yaşlı gənc bıçaqlanaraq qətlə yetirilib. 


APA TV-nin məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində baş verib. 


Qəsəbə sakini, 1999-cu il təvəllüdlü Faiq İsgəndərov bıçaq xəsarəti ilə Goranboy rayon xəstəxanasına çatdırılıb. Yaralı reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 


Hadisəni törətməkdə şübhəli bilinən 25 yaşlı Kamran Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. 


Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. 


Faktla bağlı araşdırma aparılır. 


Nə düşünürsən?