Seçkidə döyülən Elza şoka düşdü,təcili xəstəxanaya aparıldı

  • 11.02.2020
  • 0

Əməkdar artist Elza Seyidcahanın səhhətində problem yaranıb.


Oxu24.com   qafqazinfo-ya istinadən xəbər verir ki, 54 saylı Şabran-Siyəzən dairəsindən namizədliyini irəli sürən sənətçinin seçkilərdə məğlubiyyətindən sonra halı pisləşib.


Özü və bacısı Mehribanın təzyiqlərə məruz qaldığını, hətta döyüldüyünü iddia edən Seyidcahan affekt vəziyyətinə düşüb.


Əvvəlcə sənətçinin olduğu Xızı rayonundakı mənzilinə təcili tibbi yardım avtomobili çağırılıb, daha sonra onun Bakıya gətirilməsinə qərar verilib.

Nə düşünürsən?