Şəkidən acı xəbər: İki ailə evsiz qaldı

  • 10.02.2020
  • 0

Şəki rayonunda fərdi yaşayış evi yanıb. 


"Report"un Şimal-qərb bürosunun məlkumatına görə, yanğın Şəki şəhəri, Novruz küçəsi ev, 7 ünvanında qeydə alınıb. 


Belə ki, 96 yaşlı Məmmədəli İbrahimova məxsus, ümumi sahəsi 150 kvadrat metr olan birmərtəbəli, üçotaqlı və bir aynəbənddən ibarət ev yanaraq külə dönüb. Alovun qarşısı digər tikililərə keçmədən alınıb. Yanğın nəticəsində evdə yaşayan iki ailə evsiz qalıb.


Hadisənin səbəbi araşdırılır

Nə düşünürsən?