"İnter" derbidə qalib gələrək liderliyə yüksəldi

  • 10.02.2020
  • 0

İtaliya A Seriyasında XXIII turun mərkəzi görüşü "İnter" və "Milan" komandaları arasında keçirilib.

"Cüzeppe Meatsa" stadionunda təşkil olunmuş qarşılaşma nominal meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:2.

İlk yarıda "Milan" Ante Rebiçin 42-ci və Zlatan İbrahimoviçin 45+1-ci dəqiqədə vurduğu qollarla üstün olub. Lakin fasilədən sonra "İnter" geridönüş etməyi bacarıb. 52-ci dəqiqədə Martselo Brozoviç, 53-cü dəqiqədə Matias Vesino, 72-ci dəqiqədə Stefan de Vrey və 90+3-cü dəqiqədə Romelu Lukaku fərqlənib.

Bu qələbədən sonra xalını 54-ə çatdıran "İnter" liderliyə yüksəlib. "Milan" isə 32 xalla 10-cu pillədə qalıb.

Nə düşünürsən?