Əməkdar artisti təhqir edən şəxsin kimliyi bilindi

  • 08.02.2020
  • 0

Əməkdar artist Zöhrə Abdullayeva oğlunun ölümündən sonra sosial şəbəkədə onun ünvanına nalayiq şərhlər yazan şəxsi tapıb.


Milli.Az xəbər verir ki, bu barədə xanım sənətçi "5/5"də açıqlama verib.




Zöhrə Abdullayeva onu təhqir edən insanın sənət aləmindən məşhur şəxs olduğunu bildirib:


REKLAM


Daha ətraflı


"Musiqi aləmindəndir, adını deməyəcəm. Şəkilin altında iki "koment" var idi, adsız, şəkili yox idi. İndi xakerlər iki dəqiqəyə tapır onları. Ağzına gələni yazmışdı, onlar da tapdılar. Amma özünə deməyəcəm, demərəm də. Sildim onu, pozdum onu həyatımdan. O şəxs xanımdır, xanım demək olarsa. Allah yaradıb, dünya boş qalmasın. O sözü atmaqla mənə heç nə olmayacaq. Məni fələk vurub da. O, məni vurmaqla mənə heç nə olmaz. Məni fələk əydi də, vurdu da, yoldu da. O, mənə neyləyəcək ki? - Heç bir şey". 

Nə düşünürsən?