23 uşağı girov götürən şəxs güllələndi - Həyat yoldaşı isə döyülərək öldürüldü

  • 01.02.2020
  • 0

Hindistanın Uttar Pradeş əyalətində 1 yaşındakı qızı üçün formal ad günü təşkil edərək, 23 uşağı girov götürən ata güllələnərək öldürülüb.

BBC xəbər verir ki, silahlının girov götürdüyü şəxslər arasında onun həyat yoldaşı və qızı da olub. İddialara görə, Subbaş Batham adlı şəxs bölgədə baş verən cinayət hadisəsinə görə, əsassız yerə ittihamlara məruz qaldığını irəli sürərək, qisas məqsədiylə uşaqları girov götürüb.

10 saat davam edən danışıqlar nəticə vermədiyinə görə polis evə basqın təşkil edib. Atışma zamanı iki polis və silahlının həyat yoldaşı da yaralanıb. Lakin polislə birgə ev girən kəndlilər, qadını döyərək öldürüb.

Nə düşünürsən?