Rafael Nadalı qorxudan anlar, top daşıyan qızı vurdu, sonra isə...

  • 24.01.2020
  • 0

Avstraliyanın Melburn şəhərində keçirilən turnirdə tennisçi Rafael Nadal Federiko Delbonis ilə matçda etdiyi hərəkətlə tennis azarkeşlərinin ürəyini fəth edib.


Offsideplus.az xəbər verir ki, dünyanın 1 nömrəli tennisçisi matçın dördüncü setində yanlışlıqla top daşıyan qızı vurub. Nadal balaca qızın başına dəyən zərbəyə görə ondan dəfələrlə üzr istəyib, daha sonra azyaşlını öpərək onun könlünü alıb.

İspaniyalı əfsanəvi raketka ustasının bu hərəkəti zalda alqışlarla qarşılanıb.

Oyun Rafael Nadalın 3-0 hesablı qələbəsi ilə yekunlaşıb - 6-3, 7-6 və 6-1.

Nə düşünürsən?