"Real" İspaniya Kubokunda 1/8 finala yüksəldi

  • 23.01.2020
  • 0

İspaniya Kubokunun 1/16 finalında "Unionistas de Salamanka" "Real Madrid"i qəbul edib.


Offsideplus.az xəbər verir ki, qarşılaşma Salamankada "Pistas del Elmantiko" stadionunda keçirilib və qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesab 18-ci dəqiqədə açılıb. Qaret Beyl "Real Madrid” azarkeşlərini sevindirib. 57-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Alvaro Romero hesabı bərabərləşdirib. Beş dəqiqə sonra Salamanka komandasının müdafiəçisi Xuan Qonqor topu öz qapılarına göndərib. Əlavə edilmiş vaxtda "kral klubu"nun hücumçusu Braim Dias son nöqtəni qoyub.

Nə düşünürsən?