Kürdəmir sakinlərinin qoyunlarını oğurlayıblar

  • 17.01.2020
  • 0

Kürdəmir rayonunda yerli sakin həmkəndlilərinin qoyunlarını oğurlayan şəxs saxlanılıb. 


"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Mollakənd kəndində qeydə alınıb. 


Belə ki, həmin kəndin sakinləri Rövşən Siyavuş oğlu Quliyev və Yaxşı Mərifəddin qızı Əkbərova Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək onlara məxsus ümumilikdə 10 baş qoyunun oğurlandığı bildiriblər. 


Kürdəmir RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində qoyunları oğurlamaqda şübhəli bilinən 2 nəfər- əvvəllər məhkum olmuş Heydərov İlqar Eldar oğlu və Qəmbərli Elmir Ənvər oğlu saxlanılıblar. 


Saxlanılan şəxslər ilkin dirdirmə zamanı etdikləri oğurluq əməlini etiraf ediblər. Onlar oğurladıqları qoyunları Bakı şəhərinə apararaq müxtəlif qəssablara sataraq mənfəət əldə ediblər.


Faktla bağlı Kürdəmir RPŞ-də araşdırma aparılır.

Nə düşünürsən?