Şarapova "baxma" dedi, keçmiş sevgilisi canlı yayımı basdı

  • 16.01.2020
  • 0

Canlı  yayımda qonaq olan rusiyalı tennisçi Mariya Şarapova gözlənilməz sürprizlə üzləşib.


Offsideplus.az xəbər verir ki, keçmiş sevgilisi bolqarıstanlı Qriqor Dimitrovun oyunu zamanı matçı şərh edənlər arasında yer alan rusiyalı tennisçi "Düz yanımızda dayanıb, ona deyə bilərsən bura baxmağı dayandırsın?"

Bunu eşidən Qriqor isə canlı yayıma qoşulub. Şarapova ilə keçmiş sevgilisi arasında gülüşlə yekunlaşan dialoq yaşanıb.

Şarapova: Bu sarı geyindiyin nədir?

Dmitrov: Bəyəndinmi?

Şarapova: O qədər də sayılmaz.

Dmitrov: Əvvəllər məndə sarını sevərdin. Ancaq başa düşürəm. İnsanlar dəyişir. 

Qeyd edək ki, Mariya Şarapova ilə Qriqor Dimitrov 2013-2015-ci illərdə sevgili olublar. Cütlüyün ayırılığına səbəb Maşanın Dimitrovun bolqar model Lozanna ilə yaxın münasibəti olub

Nə düşünürsən?