Türkiyədən dünyanı heyrətə salacaq möhtəşəm serial

16.01.2020 | 59 | 0

Türkiyə "Netflix” platforması üçün Osmanlı tarixindən bəhs edən "Rise of Empires: Ottoman” ("İmperiyaların çiçəklənməsi: Osmanlı imperiyası”) sənədli serial istehsal edib.

Türkiyə mətbuatı xəbər verir ki, Fatih Sultan Mehmetin həyatı və İstanbulun fəthi haqqında çəkilən sənədli serialda əsas rolları Tuba Büyüküstün, Cem Yigit Üzümoğlu, Selim Bayraktar, Birkan Sokullu və başqa aktyorlar ifa edib. Yeri gəlmişkən, "Game of the Thrones” serialından tanınan Çarlz Dens də ekran işinin bir seriyasında rol alıb.

"Netflix”də nümayiş olunacaq internet serialının yayım tarixi bəlli olub. Serial yanvarın 24-də nümayişə daxil olacaq.

Qeyd edək ki, 6 bölümlük sənədli serialı hazırlayan 2 şirkətdən biri, rejissor və aktyorların böyük əksəriyyəti türk olsa da, adıçəkilən layihə "Netflix” də Amerika serialı kimi təqdim olunub.


__
Xəbəriniz varsa çəkin, göndərin, yayımlayaq
050 249 58 78

Nə düşünürsən?