İqtisad Universitetində insident, tələbələr kütləvi şəkildə...

  • 15.01.2020
  • 0

Azərbaycan Dövlət İqtisad Universitetində  insident baş  verib.

Oxu24.com -un  əldə  etdiyi  məlumata  görə, yanvar ayının 14-də Azərbaycan Dövlət iqtisad Universitetində 1-ci kurs magistr tələbələrinin  bir hissəsi- təxminən 10 qrup imtahan zalını tərk edib.

Bildirilir ki, yanvar ayının 14-də keçirilmiş  Biznes  statistkası  fənnindən imtahana düşən suallarla bağlı təxminən 10 qrup imtahan  zalını tərk edib. Səbəb isə imtahana düşən sualların tələbələrə verilən mövzularla əlaqəli olmamasıdır. Tələbələr  qeyd ediblər ki, MBA ixtisaslarında  heç bir qrupa  suallar verilmir. Lakin  tələbələrə verilən mövzularda və nümunə suallarda  imtahamda  yer alan  suallar olmayıb.Tələbələrin  imtahan zalını tərk etdiyini görən universitet  müəllimləri onları sakitləşdirmək üçün imtahan zalına gələrək onlara sualları izah etməyə çalışıblar. Bəli, imtahan zamanı dərs başa salıblar. Tələbələrin iddiasına görə şikayətlərinə cavab  olaraq universitetdən bildirilib ki, sizin xeyrinizə demək olar ki, heç bir qərar qəbul edilməyəcək. Hətta iddia olunub ki, müəllimlərdən bəziləri "Nə istəyirsiniz edin, hamınız kəsiləcəksiniz" kimi ifadələr işlədib.

Hadisə  yerindən  videonu  təqdim  edəcəyik.

Oxu24.com Universitet rəhbərliyinin  mövqeyini  təqdim  etməyə  çalışır.

Nə düşünürsən?