Seçki qutusuna topa bülleten atan ADP sədrinin müavini imiş

  • 13.01.2020
  • 0

Sosial şəbəkələrdə yayılan videoda seçki qutusuna topa bülleten atan kişinin kimliyi məlum olub.


Sfera.az xəbər verir ki, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 9-cu məntəqəsində seçki qutularının hər birinə bir neçə səsvermə bülleteni atan şəxs Azərbaycan Demokratik Partiyasının (ADP) ümumi işlər üzrə müavini Zakir Hüseynovdur.


Onun qanunsuz hərəkətləri seçki məntəqəsində quraşdırılımış veb-kameralara düşüb və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.


Xatırlatmaq üçün bildirək ki, ADP-nin sədri Sərdar Cəlaloğludur.

 

(qaynarinfo)

Nə düşünürsən?