Oğuz və Sabirabadda yol qəzaları baş verdi

  • 11.01.2020
  • 0

Oğuzda minik avtomobilinin yük maşını ilə toqquşması ölümlə nəticələnib.



Xezerxeber.az-ın məlumatına görə, ağır qəza Oğuzun Qumlaq kəndi ərazisində baş verib.



Kənd sakini, 67 yaşlı Yusif Ramazanovun idarə etdiyi minik avtomobili kiçik tutumlu yük maşını ilə toqquşub.



Sürücü Yusif Ramazanov və onun avtomobilində olan həmkəndlisi, 91 yaşlı Əhməd Rəhimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Oradan isə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. 91 yaşlı Əhməd Rəhimov xəstəxanaya daxil olduqdan bir müddət sonra dünyasını dəyişib.



Sabirabadda isə yük maşını minik avtomobili ilə toqquşaraq aşıb. Hadisə ötən gecə Hacıqabul-Horadiz yolunda baş verib. İmişlinin Göbəktala kənd sakini Eldar Şükürov idarə etdiyi yük avtomobili ilə Sabirabad rayon istiqamətində hərəkətdə olarkən, eyni istiqamətdə hərəkət edən Bakı şəhər sakini Yaşar Şahbazovun sükan arxasında olduğu minik avtomobili ilə toqquşub. Yük maşını idarəetmədən çıxaraq yolun hərəkət hissəsinə aşıb. Nəqliyyat vasitəsinin sürücüsü Eldar Şükürov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.



Avtomobilin yük yerində olan mişar daşları yola dağıldığından magistralda hərəkət məhdudlaşıb.Yolda uzun tıxac əmələ gəlib. Bir müddət sonra yola səpələnmiş mişar daşları xüsusi texnika vasitəsilə təmizlənib və hərəkət bərpa edilib.



Hər iki faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?