"Nərmin elə bir hadisənin şahidi olmuşdu ki..."

  • 10.01.2020
  • 0

“Müxtəlif şayiələr gəzir. Elə şeylər var ki, onu efirdən demək olmur. Amma bütün kəndin ağzında gəzən müəyyən şayiələr var. Belə bir şayiə də var ki, Nərmin nəyinsə şahidi olduğuna görə onun aradan götürülməsini məqsədəuyğun hesab ediblər. Hər halda kənd camaatı bunu yaxşı bilir…”


KONKRET.AZ xəbər verir ki, bu sözləri Zaur Baxşəliyev “Bizimləsən” proqramında səsləndirib.


Qeyd edək ki, Tovuz rayonunda 10 yaşlı Nərmini oğurlayaraq qətlə yetirib meyitini yandıran şəxs saxlanılsa da ad açıqlanmayıb.


Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin birgə apardığı istintaq nəticəsində cinayəti törədən şəxs müəyyən edilib.


O, artıq saxlanılıb. Məlumata görə, həmin şəxs Nərminin qohumu olan bir kişidir. Adı İlkin Süleymanovdur. Həmin şəxs Nərmingilin evlərindən 600-700 metr aralıda yaşayır və ailəni yaxından tanıyır.


Araşdırma zamanı o da məlum olub ki, mərhum azyaşlı bir neçə gün qaranlıq zirzəmidə saxlanılıb. İlkin  məlumata  görə,  Nərmin  Quliyevanı  öldürən  şəxs  polisə  ilk  məlumat  verən  qonşusu  İlkin Süleymanovdur.


Gün ərzində dövlət qurumlarının məsələ ilə bağlı rəsmi məlumat yayacağı gözlənilir.

Nə düşünürsən?