30-cu mərtəbədən yıxılıb sağ qaldı

  • 30.12.2019
  • 0

Çinin Quyçjou şəhərində lift şaxtasına 30-cu mərtəbədən düşən təmirçi xilas edilib.

BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə " AsiaOne" yazır.

Belə ki, 30-cu mərtəbəyə lifti çağıran işçi açılan qapının arxasında kabinin olmadığına diqqət etmədən içəri addım atıb, yıxıldıqda isə 8-ci mərtəbə səviyyəsində dəmir trosdan yapışa bilib. Əlində əlcək olduğundan kabel onun əllərini zədələməyib.

Bir neçə dəqiqədən sonra şaxtada mobil rabitənin işlədiyini xatırlayaraq, polisə zəng vurub.

20 dəqiqə sonra yanğınsöndürənlər hadisə yerinə gələrək, 5 dəqiqə ərzində təmirçini xilas ediblər.

Nə düşünürsən?