Zaqatalada ağır yol qəzası baş verdi

  • 25.12.2019
  • 0

Zaqatalada qatı dumanyol qəzasına səbəb olub.Bir nəfər ölüb , iki nəfərxəsarət alıb. Goranboydakı qəza da ölümlə nəticələnib. Aşan maşının sürücüsü xəstəxanaya çatdırılsa da , orada dünyasını dəyişib.

Avtomobil agaca çırpılıb, nəticədə 1 nəfər ölüb.

Hadisə gecə saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistiral yolunun Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Zaqatala rayon sakini, 36 yaşlı Tural Gülməmmədov idarə etdiyi minik avtomobili iləhərəkətdə olarkən qatı duman səbəbindən idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb. Qəza zamanı sürücü TuralGülməmmədov hadisə yerində dünyasını dəyişib. Sükan arxasından sıxılmış meyitixilasedicilərçıxararaq aidiyyəti üzrə təhvil veriblər.Avtomobildə olan iki nəfər - Teymur Gülməmmədov və Rüfət Gülməmmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Goranboyda isə minik maşınını aşıran sürücü xəstəxanada dünyasını dəyişib. Yol-nəqliyyat hadisəsi Goran-Qızılhacılı yolunda baş verib. İdarəetməni itirən sürücü, Göygöl rayon sakini Alik Əhmədov avtomobili yol kənarına aşırıb. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü xəstəxanaya çatdırılsa da orada ölüb. Faktla bağlı araşdırma aparılır.