Avtomobilin üzərində daşınan bağ evi

  • 23.12.2019
  • 0

Türkiyənin Çorum vilayətində maraqlı hadisə baş verib.

Demirören xəbər agentliyi xəbər verir ki,şəhər ərazisində kiçik tutumlu yük avtomobilinin üzərinə yüklənmiş ev hər kəsin marağına səbəb olub. Sakinlər və sürücülər maşınla aparılan evin görüntülərini çəkməyə başlayıblar. Məlum olub ki, həmin evi şəhər kənarında özünə bağ evi tikdirən şəxs sifariş verib və ev həmin tikinti ərazisinə aparılır.

Qeyd edək ki, illər əvvəl Türkiyənin məşhur komediya aktyoru Kamal Sunalın baş rolda çəkildiyi "Gülən adam” filmində daşınan ev mövzusu səhnələşdirilib və Çorumda baş verən hadisə insanlara həmin filmi xatırladıb.