“Mitsubishi” aşdı: bir ailədən 3 ölü

  • 22.12.2019
  • 0

Salyanda dəhşətli avtoqəza baş verib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayonu Noxudlu kəndi ərazisində qeydə alının hadisə zamanı bi r ailənin 3 üzvü həyatını itirib.

Paytaxt sakini - 47 yaşlı Təranə Saleh qızı Hacıyevanın idarə etdiyi “Mitsubishi Pajero” markalı 10 VR 868 dövlət nömrə nişanlı avtomobil arxa təkərin partlaması nəticəsində yoldan çıxıb və bir neçə dəfə aşıb. 

Nəticədə xanım sürücü və sərnişinləri - 48 yaşlı Məmmədova Zemfira Seyfulla qızı hadisə yerində, 13 yaşlı Hacıyev Ələsgər Aqil oğlu isə Salyan Mərkəzi Rayon Xəstəxanasında keçinib.  

47 yaşlı Məmmədov Həsən Abdul oğlu və Məmmədova Şükriyyə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların müalicəsi davam edir.

Faktla bağlı araşdırma aparılır.