2 avtomobil toqquşdu, qəza törədən sürücü hadisə yerindən qaçdı

  • 21.12.2019
  • 0

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin məlumatına görə, avtoqəza Həsən Əliyev küçəsində qeydə alınıb.

H.Əliyev küçəsində tuneldə yüksək sürətlə hərəkətdə olan "BMW" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarında dayanmış "Hyundai" markalı avtomobilə çırpılıb. Hadisəni törədən "BMW" markalı avtomobilin sürücüsü (şəxsiyyəti araşdırılır) ərazidən yayınıb. Yol qəzası nəticəsində, həmçinin bir nəfər xəsarət alıb.

Zərbənin gücündən avtomobilin yanacağı yola dağılıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin briqadası və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.