Səudiyyə Qətərlə sərhədləri bağladı

  • 20.12.2017
  • 0

Səudiyyə Ərəbistanı Qətərlə sərhədlərini bağlayıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, krallığın Gömrük İdarəsi "Səlva" sərhəd məntəqəsinin bağlandığı barədə qərar çıxarıb. Səudiyyə Ərəbistanı ilə Qətər arasında iyunun 5-dən başlayan gərginlikdən sonra məntəqə bir dəfə də bağlanmış, oradan yalnız zəvvarların keçidinə icazə verilmişdi. Ər-Riyad hələlik məsələ ilə bağlı şərh verməyib. Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Bəhreyn və Misir iyunun 5-dən Qətərlə diplomatik əlaqələri kəsməsi körfəz ölkələri arasında gərginliyə səbəb olub.

Nə düşünürsən?