"3-cü" mikroraryon bazarı yanır

  • 14.12.2019
  • 0

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı" adlanan ərazidə) yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Nə düşünürsən?