Azarkeşlər idman nazirinin üstünə su töküb, stadiondan çıxardılar

  • 14.12.2019
  • 0

Fransada pensiya islahatlarından narazılıqla bağlı baş verən siyasi hadisələr idmana da nüfuz etməyə başlayıb.


Offsideplus.az xəbər verir ki, 3-cü divizionda dünən keçirilən "Red Star" - "Keviyi" matçını (1:0) izləyənlər arasında ölkənin idman naziri Roksana Marasinyanu da olub. İlk hissədə Fransa prezidenti Emmanuel Makronu istefaya səsləyən fanatlar idman nazirinə "Sənin burada nə işin var" deyərək onun üstünə su atıblar. Marasinyanyu stadionu oyun bitmədən tərk etmək məcburiyyətində qalıb.

 

Nə düşünürsən?