Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi

  • 13.12.2019
  • 104 baxış
  • 0

Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması bankların da kredit faizlərində ciddi şəkildə özünü göstərməkdədir. Belə ki, istehlak kreditləri hazırda Azərbaycan tarixində ən aşağı 16 faizlə təqdim olunur. Ekspertlər bu tendensiyanın davam edəcəyini bildirirlər.

Əvvəllər 25-30 faizlə təqdim olunan istehlak kreditləri hazırda 16-20 faizlə təklif olunur.Kredit faizlərinin aşağı düşməsi istehlak krediti bazarında yeni canlanma yaradıb. Banklar Assosiasiyasının ekspert qrupunun üzvü Firuz Manafov deyir ki,faizlərin aşağı düşməsinə səbəb son vaxtlar Mərkəzi Bank tərəfindən qəbul edilən qərarlardır.

Firuz Manafov bildirir ki,bu proses vətəndaşların bu cür kreditlərə çıxış imkanını artırıb. Eyni zamanda indi kredit götürüb qaytarmaq daha asan olub.

Ekspertin sözlərinə bəzi banklar bazarda üstünlüyü ələ almaq üçün borcun gəlirə olan nisbətində tövsiyyə edilən məbləğdən daha çox kredit verməyə çalışırlar.

Ekspertlər bildirir ki, Mərkəzi Bank uçot dərəcəsində yeni dəyişikliklər edərsə kredit faizləri daha da aşağı düşə bilər.

Nə düşünürsən?