Narkotik ticarətində silahlı insident: 2 polis, 4 vətəndaş öldü

  • 11.12.2019
  • 0

ABŞ-ın Nyu- Cersi ştatındakı Cersi-Sitidə baş verən silahlı qarşıdurma zamanı ölənlərin sayı 6-ya çatıb.

Ölənlərdən biri polis, ikisi cinayətkar, üçü isə mülki vətəndaşdır.

Cersi-Sitinin bələdiyyə sədri Stiven Fulop tvitterdən verdiyi açıqlamada 3 polisin yaralandığını bildirib.

Hadisə şahidlərinin sözlərinə görə, insident narkotik ticarəti əsnasında yaranan problemdən qaynaqlanıb.

ABŞ prezidenti Donald Tramp hadisədən xəbərdar olduğunu tvitterindən bildirib.

Nə düşünürsən?