Bakının mərkəzi küçələri bağlanır

  • 11.12.2019
  • 0

Dekabrın 12-də paytaxtda nəqliyyatın hərəkəti məhdudlaşdırlacaq.

APA TV-nin məlumatına görə, ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Bakının bəzi mərkəzi yollarında hərəkətin istiqaməti dəyişdiriləcək.  

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə səhər saat 08:00-dan tədbir tam başa çatanadək Fəxri Xiyaban istiqamətində Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından, Parlament prospekti istiqamətində, yəni Abbasqulu Abbaszadə, İzzət Nəbiyev və Milli Qəhrəman Şövqiyar Abdullayev adına küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.

Sürücülərə anım mərasimə ilə bağlı yol polisinin göstərişlərinə əməl etmələri tövsiyə olunur.

Nə düşünürsən?