Messi "Qızıl top"u nümayiş etdirdi

  • 09.12.2019
  • 0

"Barselona"nın futbolçusu Lionel Messi La Liqanın 16-cı turunda "Malyorka" ilə matçdan (5:2) əvvəl "Qızıl top"unu azarkeşlərə nümayiş etdirib.

Argentinalı hücumçu  üç oğlu ilə birgə meydana çıxıb. "Qızıl top"u meydanda Messiyə böyük oğlu təqdim edib. 32 yaşlı oyunçu azarkeşlərə təşəkkür edib, onlar isə komandanın kapitanını alqışlayıb.

Qeyd edək ki, Messi bu il 6-cı dəfə "Qızıl top"u qazanıb.

Nə düşünürsən?