At əti satan keçmiş məhkum: “Öldü, mən də kəsdim”

  • 05.12.2019
  • 0

Balakəndə mənşəyi məlum olmayan ət satışı ilə məşğul olan şəxs saxlanılıb.


APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, rayonun Sarıbulaq kənd sakini, əvvəllər məhkum olunmuş 49 yaşlı Şahin Dibirovun evində at kəsib satdığı məlum olub.


Polis və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri həmin ünvandan çəkisi 35 kiloqram olan, dərisi soyulmuş at cəmdəyinin qalıqlarını aşkar edib.


Ətdən nümunələr götürülərək ekspertizaya təqdim edilib. 


Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?