Perl-Harbor bazasında atışmanın təfərrüatı

  • 05.12.2019
  • 0

ABŞ-ın Perl-Harbor bazasında atışma nəticəsində üç nəfər xəsarət alıb. Atəşi hərbçilərdən biri açıb.

Life.ru-nun məlumatına görə, bu barədə komandanlıq özünün “Twitter” səhifəsində məlumat yayıb.

Bildirilir ki, hərbi dənizçi üç mülki işçini yaralayıb, sonra isə özünü güllələyib. Yaralılardan ikisini xilas etmək mümkün olmayıb, üçüncüsü - 36 yaşlı mülki şəxs xəstəxanadadır, vəziyyəti sabit qiymətləndirilir.

Hadisənin səbəbi açıqlanmır. Araşdırmalara başlanılıb.

Nə düşünürsən?