"Aidiyyatı yoxdur, söysə, ötüb keçəcəksən" – Şəxsi həyatını işinə qatmayan Nazilə

  • 04.12.2019
  • 0

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi şairə Nazilə Səfərli olub.

Sosial şəbəkələrdə atmacalı statusları ilə tanınan şairə bunun səbəbini açıqlayıb:

“Yazdığım statuslar ruh halımın göstəricisidir. Sözümü üzlərinə deməklə kifayətlənməyib, status da yazmışam. Dilim xalq dilidir, sözüm də kəsərlidir. Məsələn, yolla gedərkən adi bir dilənçi sənə söyüş söysə, qarğış etsə saymayıb yanından ötüb keçəcəksən. Amma hökümlü insan sənə sərt baxanda, o, söyüşdən, təhqirdən ağır olur”.

Şairə həmçinin toyda başına gələn maraqlı hadisədən də danışıb:

“Əgər orada mən aparıcıyamsa bu mənim işimdir, peşəmdir. O insanı təqdim etmək üçün mənə pul ödənilib. Mənim şəxsi həyatımın ora heç bir aidiyyatı yoxdur. O adamı təqdim etmişəm. Hətta təqdimatdam həmin adam inanıb ki, mən onunla barışmışam. Gəlib mənimlə barışıb. Belə şeylər olur”.

Nə düşünürsən?