Rinqdə dəhşətli anlar: Hər iki idmançı nokdauna düşdü

  • 03.12.2019
  • 0

Qarışıq döyüş növləri ustaları (MMA) Eder Lopes və Dieqo Neveş Portuqaliyada keçirilən yarışda bir-birlərini nokdauna salıblar.


Hadisəni əks etdirən video MMA-nın media meneceri Mikki Tomasın “Twitter” səhifəsində yerləşdirilib.



Döyüş birinci raundda başa çatıb. Hər iki döyüşçü hücuma keçərək rəqibinə zərbə endirir. Zərbənin təsirindən ikisi də nokdauna düşür.


Lakin 22 yaşlı Lopes ayağa qalxsa da 31 yaşlı rəqibi Neveş huşsuz vəziyyətdə yerdə qalıb.


Nə düşünürsən?