Bakıda güclü külək ağacı avtomobillərin üstünə aşırıb

  • 02.12.2019
  • 0

Güclü külək paytaxtda bir sıra fəsadlar törədib.

Bizimyol.info xəbər verir ki, Yasamal rayonu, əfaət Mehdiyev küçəsində ağac küləyin gücündən avtomobilin üstünə aşıb.

Ağacın aşması nəticəsində "Hyundai Tucson" markalı maşına ziyan dəyib.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Nə düşünürsən?