Qarabağ əlili evindən çıxarılıb, küçəyə atıldı: Hadisə yerindən görüntü

  • 29.11.2019
  • 0

Laçın  rayonundan  məcburi  köçkün, 2-ci qrup  Qarabağ  müharibəsi  əlili  Bakı  şəhəri, Nərimanov  rayonu, Ülvi  Bünyadzadə küçəsi, ev 17A ünvanda  yaşayan Məhərrəmov Rəhman Tapdıq oğlu  tərəfindən   Oxu24.com  saytına  şikayət  daxil olub.


Vətəndaş  şikayətində  bildirib   ki,  ailə  üzvləri ilə  1992-ci ildən  Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, ev 17A ünvanda yaşayır. Həmin mənzil uçotdan çıxarıldığı və özütikili  olduğu səbəbindən mülkiyyət məxsusluğu yoxdur.


"Bizim həmin ünvanda yaşamağımız Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi və Nərimanov rayonu 37 saylı MİS tərəfindən arayışlarla öz təsdiqini tapır.

Buna baxmayaraq oktyabr ayında Nərimanov rayon İcra Hakimiyyəti aparatının əməkdaşları yaşadığımız mənzilə gələrək həmin mənzilin İsrafilov Əbülfəz Azay oğluna məxsus olmasını bildirdilər və bizə həmin mənzili tərk etməsini tələb etdilər.

Biz, hansı əsasla həmin mənzilin İsrafilov Əbülfəz Azay oğluna məxsus olmasını tələb etdikdə bizə Nərimanov rayon İcra Hakimiyyəti başçısının 10 oktyabr 1996-cı il tarixli, 784/14 saylı sərəncamının olmasını bildirdilər.

Lakin biz həmin sərəncamı araşdıranda məlum oldu ki, bu sərəncamın kökü yoxdur və saxtadır.

Biz onlara ümummili liderimiz tərəfindən qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üzrə 1998-ci il proqramını yada salsaq da onlar buna məhəl qoymadılar.

Lakin 26 noyabr saar 11.00 radələrində Nərimanov İcra Hakimiyyəti Eldəniz və İbrahim adlı işçiləri yaşadığımız mənzilə tabeçiliyində olan MİS içşçilərini zor tətbiq edərək yerləşdiriblər. Bununla bağlı DİN 102 xidmətinə müraciət etdim. Hazırda Nərimanov rayon Polis İdarəsində bununla bağlı araşdırma gedir.

Daha sonra bildirirəm biz 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə qeyd edilən sərəncamın etibarsız hesab edilməsinə dair müraciət etmişik.


Hadisə  yerindən  görüntüləri  təqdim  edirik:

Nə düşünürsən?