Bakıda daha bir uçqun

  • 28.11.2019
  • 0

Sözü gedən binanın ötən əsrin əvvəllərində tikildiyi bildirilir. Orda olduğumuz zaman da binanın tamamən qəzalı vəziyyətdə olduğunun şahidi olduq. Sakinlər isə nə edəcəklərini bilmirlər.

15 saylı mənzil kommunal istismar sahəsindən bildirildi ki, sözÜgedən binanın qəzalı vəziyyətdə olmasından əvvəldən xəbərdar idilər. Həmin bina və ərazidəki digər binaların yerləşdiyi ərazi 2005ci ildə  Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə özəl şirkətlərdən birinin  istifadəsinə verilib. Həmin sərəncamda bildirilib ki, ərazidə yerləşən yaşayış və qeyri yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi,və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə əsasən bu özəl şirkət tərəfindən həll edilsin. Bu sərəncamın üstündən 15 ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də qəzalı binalarda yaşayış davam edir.

Binalarda hər an yenidən qəza baş verə bilər. Bunu mənzil kommunal istismar sahəsinin rəisi də təsdiq etdi. Bəs sakinlərin taleyi necə olacaq? bu artıq sual altındadır.

Məsələ ilə bağlı sözügedən özəl  şirkətə də  zəng etdik. Lakin bir ağlabatan cavab ala bilmədik.Şirkətin nümayəndəsi gözləyin ora gəlirəm desə də gözləməyimiz də boşa getdi.

Mənzil kommunal istismar sahəsinin rəisinin dediyi kimi ümid edək ki, sakinlər oradan tam köçürülənədək növbəti belə qəza baş verməyəcək. Bəli bu qədər insanın, təxminən 20-ə yaxın ailənin həyatı tək bir ümidə qalır. Biz üzərimizə düşəni etdik. İndi qalır  müvafiq qurumların üzərlərinə düşənləri etməsi.

Orxan Şükür SPACE TV 

Paylaş

Nə düşünürsən?