Bakıda hamamlara gedənlərin sayı artıb

  • 16.12.2017
  • 0

Payız-qış fəsli ilə əlaqədər bəzi insanlar istirahət məqsədi ilə hamamlara üz tutur. Xüsusən havaların soyuması Bakıda hamamlara gedənlərin sayını artıb. Bəs hamamlara giriş qiymətləri necə, cibə uyğundurmu? Oxu.Az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, Bakıda əksər hamamlarda bir nəfər üçün qiymət 12-14 manat arasında dəyişir. Hamamlarda ümumi istifadə üçün nəzərdə tutulan otaqlardan əlavə VİP otaqlar da var. Hər bir VİP otaq üçün qiymət 30-40 manat arasında dəyişir və burada fin saunası, hamam və sanitar qovşaq otağın içində olur. Masaj, kisə və bu kimi xidmətərin qiymətləri isə müddətindən asılı olaraq 10-30 manat arasında dəyişir.

Nə düşünürsən?