Dilarə Kazımovanın yeni klipi işıq üzü gördü

  • 23.11.2019
  • 0

Tanınmış müğənni Dilarə Kazımovanın “Ne uxodi” adlı yeni klipi işıq üzü görüb. “Ne uxodi” mahnısının sözlərinin müəllifi Leyla Əliyeva, bəstəkarı isə Novruz Aslandır.

Mahnı bir- birini hələ də sevən cütlüklərin ayrılığından bəhs edir. “Getmə” deyən ifaçı bu klipdə sevən bir insanın tərkedilməyə olan hiss-həyəcanını, emosiyasını çatdırır.

İlk dinləmədən yaddaşlara həkk olan və insanın ruhuna təsir edən “ Ne uxodi” mahnısı getmək istəyənləri saxlamaq, tərk edənləri isə geri döndərmək gücündə olan bir musiqidir.

Nə düşünürsən?