Kürdəmirdə yol qəzası olub, qadın sərnişin xəsarət alıb

  • 22.11.2019
  • 0

Kürdəmir rayonunda yol qəzası baş verib.


"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.


Belə ki, 1970-ci il təvəllüdlü Heydərov Elxan Ağəli oğlunun iadər etdiyi  "VAZ-21015" markalı avtomobil hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan 1986-cı il təvəllüdlü Alıyev Eldar Niyazı oğlunun idarə etdiyi "VAZ-21010" markalı maşınla toqquşub.


Nəticədə "015" markalı avtomobildə olan Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Bayramova Ramilə Nəriman qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Yaralı sərnişin Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır. 

Nə düşünürsən?