Məkkəyə hücumun yeni görüntüləri

  • 21.11.2019
  • 0

1979-cu il noyabrın 20-də radikal islamçı qruplaşma tərəfindən Kəbəyə edilən hücumunun yeni görüntüləri ortaya çıxıb.

Axar.az xəbər verir ki, görüntülər hücumun 40 illiyi ilə bağlı Səudiyyə mediası tərəfindən paylaşılıb.

Qeyd edək ki, 1979-cu il noyabrın 20-də özünü “Mehdi” kimi təqdim edən Məhəmməd ibn Abdullah əl-Kahtani və Cuheyman əl-Uteybinin rəhbərlik etdiyi silahlı qruplaşma (Yeni İxvan) səhər saatlarında Kəbəni ələ keçirib. Hökumət qüvvələri ilə terrorçular arasında 2 həftə gedən döyüşlər nəticəsində 117 Səudiyyə əsgəri, 127 terrorçu və ərazidə olan 26 mülki şəxs həlak olub. Cuheyman və Yeni İxvanın ələ keçirilən 63 üzvü isə sonradan edam olunublar.

Nə düşünürsən?