“Müsavat”ın Almaniyaya “mühacir ixracı”: Yaxında on minlərlə azərbaycanlı Avropadan qovulacaq

  • 20.11.2019
  • 0

Almaniyada mühacirlərin qanunsuz yollarla ölkəyə gətirilməsi ilə bağlı aparılan həbslər Azərbaycanda böyük rezonans doğurub.


Yayılan məlumatlarda ölkədə tanınmış şəxslərin, ictimai fiqurların, Müsavat Partiyası üzvlərinin adlarının bu qalmaqalda hallanması gündəmi məşğul edib.


Barələrində həbs-qətimkan tədbiri seçilən şəxslər Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, “Müsavat” Partiyası Avropa Koordinasiya Mərkəzinin (“Müsavat” AKM) sədrinin müavini  Mehdi Xəlilbəyli, “Müsavat” AKM-in üzvü Abdin Cavadov, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, “Müsavat” Partiyasının üzvü Elşən Abdullayevdir.


Qısaca olaraq xatırladaq ki, mühacir alveri ilə məşğul olduğu bildirilən bu şəbəkə Azərbaycandan vətəndaşları aldadaraq, pul müqabilində onlara saxta sənədlər, arayışlar verib, habelə onların Almaniyaya səfərini təşkil edib, orada yerləşdirib və başqa xidmətlər göstərib.


Uzun illər ərzində minlərlə insan bu şəbəkənin xidmətindən istifadə edib, onların əksəriyyəti külli miqdarda vəsait xərcləməsinə baxmayaraq, oturum ala bilməyib və ölkədən deport edilib.


Bəs bu şəbəkənin fəaliyyəti necə qurulub, insanlar necə cəlb olunub, onlardan pul vəsaitləri hansı adlarla alınıb, qurbanların Almaniyadakı güzəranı, sonrakı taleləri necə olur?


Bütün bu sualların cavablarını izləyəcəyiniz videoda tapa biləcəksiniz. Əvvəlcədən onu deyək ki, videoda görəcəkləriniz faktlar, bu və ya başqa vaxtlarda məhz müxalifət xadimlərinin özlərinin verdikləri bəyanat və açıqlamalardan götürülüb. Əlavə edilmədən sizlərlə paylaşılır.

Nə düşünürsən?