Vaxtından əvvəl doğulan, az çəkili uşaqlara necə yardım edilir

  • 19.11.2019
  • 0

“Əksər hallarda çox az çəkili uşaqların yaşamasına nail oluruq”.

 

Bunu e-tibb.az-a Səhiyyə Nazirliyinin Baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova deyib.

Baş mama-ginekoloq bildirib ki, Azərbaycanda ana və uşaq ölümlərinin sayını bir neçə dəfə azaltmaq mümkün olub.

Onun sözlərinə görə, hər kəs hamiləliyin müddətindən asılı olaraq hansı doğum evinə müraciət etməyin lazım olduğunu bilməli, hamiləliyi dövründə problemləri olan, vaxtından əvvəl doğum təhlükəsi yaranan qadınlar məhz ixtisaslaşdırılmış dövlət doğuşayardım müəssisəsinə müraciət etməlidir.

Nə düşünürsən?