İspaniya Maltanı darmadağın etdi

  • 16.11.2019
  • 0

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində IX turun növbəti oyunları başa çatıb.

Offsideplus.az xəbər verir ki, F qrupunda 3 qarşılaşma keçirilib. Mərhələni öncədən təmin etmiş İspaniya heç bir iddiası olmayan Maltanın qapısından 7 top keçirib. 7 qolu ayr-ayrı futbolçular vurub.

İspaniya - Malta - 7:0

Qollar: Alvaro Morata, 23. Santi Kasorla, 41. Pau Torres, 62. Pablo Sarabia, 63. Dani Olmo, 69. Jerar Moreno, 71. Xesus Navas, 85


Nə düşünürsən?