Klopp Qvardiolanın gəldiyini görüb qaçdı

  • 13.11.2019
  • 0

"Liverpul"un baş məşqçisi Yurgen Klopp jurnalistlərin suallarını cavablandırarkən növbəti dəfə gülməli anlar yaşanıb.

Offsideplus.az xəbər verir ki, "Mançester Siti"yə 3-1 hesabı ilə qalib gəldikləri oyundan sonra ayaqüstü müsahibə verən Klopp əvvəlcə jurnalistin səhvini düzəldib. Müxbirlərdən biri "UEFA-nın məşqçilər üçün olan konfransında Pepe ilə danışmısınızmı?" sualını verərkən, alman məşqşi "Pepe kimdir?" deyə soruşub, ardınca da  gülərək "Pepe yox, Pep Qvardiola" deyərək düzəliş edib. Arxadan Qvardiolanın gəldiyini görən Klopp gülməli pıçıltı ilə "Pep Qvardiola gəlir" deyərək qaçıb. 

Sosial şəbəkələrdə geniş yayılan və təbəssümlə qarşılanan həmin görüntünü təqdim edirik

Nə düşünürsən?