Afaq Aslanın bu dəfə Nüsrətlə videosu yayıldı

  • 12.11.2019
  • 0

Qalamaqallı müğənni Afaq Aslan dünyaca məşhur türk qəssab Nüsrətin İstanbulda yerləşən restoranında olub.

 

Oxu24.com  xəbər verir ki, müğəni restoranı çox bəyəndiyini bildirib. Film çəkilişləri üçün hazırda Türkiyədə olan müğənni eyni zamanda Rəcəb Tayyib Ərdoğana seçkilərdə dəstək olduğunu söyləyib.

 

Filmə çəkilən müğənni müsahibələrindən birində bildirib ki, tamaşaçılar bundan sonra onu fərqli ampluada görəcək:


"Hər zaman yaxşı mənada insanları şoka salmağı bacarıram. İncəsənət mənim həyatımın tam hissəsidir. Bu sahənin müxtəlif növlərində özümü sınamışam. Modellik, ifaçılıq, indi də aktrisalıq. Filmə çəkilməyi mənə bir neçə ay öncə təklif etmişdilər. Qərarımı verdim, artıq filmin məşqlərinə başlamışıq. Onu da bildirim ki, bu serial özəl telekanallarımızın birində yayımlanacaq. Mən də killer qadın obrazını canlandıracam”.

Nə düşünürsən?