İki avtomobil toqquşdu, xəsarət alanlar var - Goranboyda

  • 11.11.2019
  • 0

Goranboyda 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

 APA TV-nin məlumatına görə, hadisə hadisə Bakı-Qazax yolunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb. Beləki,  Samux rayon sakini Əliyev Elnur idarə etdiyi, “VAZ 21-011” markalı minik avtomobili ilə Gəncə istiqamətində olarkən Şəmkir rayon sakini Əliyev Yusifin idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza zamanı hər iki avtomobil yoldan çıxaraq aşıb.

 “VAZ 21-011” markalı avtomobildə olan bir ailənin 3 üzvü - 62 yaşlı Məmmədova Svetlana Yadulla qızı, 29 yaşlı Məmmədov Hüseyn Nizami oğlu, 37 yaşlı Məmmədova İlhamə Nizami qızı və “Hyundai” markalı avtomobildə olan Şəmkir rayon sakini 59 yaşlı Əliyeva Tamam Məmməd qızı ağır xəsarət alıb. Xəstələrdən Məmmədova Svetlana Yadulla qızı və Məmmədova İlhamə Nizami qızı reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, “VAZ 21-011” markalı avtomobildə olan ailə üzvləri Goranboy rayonundan yas mərasimindən qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?