Mehman Hüseynov bələdiyyə seçkilərinə namizəd oldu

  • 07.11.2019
  • 0

Bloqqer Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.


AZXEBER.COM- un report-a istinadən məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 


O, Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürüb və noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb. 


M.Hüseynov sabahdan imzatoplama kampaniyasına başlayacağını da açıqlayıb.


31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından "Report"a faktı təsdiqləyiblər. 


Qeyd edək ki, 2019-cu il dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. 

Nə düşünürsən?