Göygöldə dəri sexinin fəaliyyəti sakinləri narahat edir

  • 06.11.2019
  • 0

Göygöl rayonunun Üçtəpə kəndində heyvan məhsulları emal edən sexin fəaliyyəti bir qrup sakini narahat edir. Sex sahiblərinə bununla bağlı müraciət isə hələ ki, nəticə verməyib.



Xezerxeber.az-ın məlumatına görə, sexdə mal və qoyunun dəriləri emal olunur, içalatları təmizlənir. Bunun üçün istifadə olunan su isə yaxınlıqdan keçən çaya aıtlır.



Ətrafda yaşayan sakinlər deyir ki, xüsusən axşam saatlarında çaya atılan tullantılar vəziyyəti dözülməz edir.



Adıçəkilən sexdə apardığımız müşahidələr də göstərdi ki, sakinlərin irdaları üçün ciddi əsaslar var. Amma sex rəhbərliyi deyilənlərlə razılaşmaq istəmir.



Kənd sakinləri məsələnin həllinə bələdiyyənin də kömək etmədiyini deyir. Bələdiyyə sədri isə bununla bağlı heç bir müraciət daxil olmadığını bildirir.



İndi ətrafda yaşıyan sakinlər məsələnin həll olacağını gözləyirlər.

Nə düşünürsən?