Həbsxanada xarratdığı öyrənib ailəsini dolandırır

  • 06.11.2019
  • 0

Qubanın dağlıq Töhmər kəndində yaşayan Murad Ağayev kiçik bir səhvinin ucbatından həbsə düşüb.Cəza çəkdiyi dövr ərzində oyma sənətini öyrənib. Murad Ağayevin sözlərinə görə,həbsxanada qaldığı müddətdə fikirini yayındırmaq və adaptasiya olmaqdan ötrü müxtəlif yollar axtarıb. Çıxış yolunu isə cəzaçəkmə müəssisəsinin emalatxanasında taxta oyma sənətini öyrənməkdə görüb.

Keçmiş məhbus hazırladığı əşyaları həm satır, həm də yaxınlarına hədiyyə edir. O, bəzi əl işlərini satmaq üçün rayon mərkəzinə də aparır.

Nə düşünürsən?